Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda nişan, Lənkəranda isə yas məclisi keçirənlər aşkarlandı

113 Baxış

Cəlilabadda nişan, Lənkəranda isə yas məclisi keçirənlər cərimələniblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhər sakini M.Məmmədovun karantin rejiminin qaydalarını pozaraq qızına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon sakini Q.Əkbərovun karantin rejimi qaydalarını pozaraq Separadi kəndində qohumuna yas mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin ünvanda olan polis əməkdaşları tərəfindən bir daha məclis iştirakçılarına karantin rejim qaydaları izah olunub. Məclisin təşkilatçısı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunamüvafiq tədbirlər görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678