Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın qeyri-neft ixracatının rekord səviyyədə artmasında Türkiyə faktoru – Deputatdan ŞƏRH

125 Baxış

“Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501,6 milyon dollar təşkil edib”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır:

“Pandemiya dövründə qeyri-neft ixracatımızın artması nə ilə bağlıdır? İlkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. Qardaş ölkə bu ilin ilk ayında da 36,1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olub. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb”.

Millət vəkili qeyd edib ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə minib, bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir:

“Bütövlükdə, iki ölkə arasındakı mövcud 4,5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-cü ilədək 15 milyard dollara çatdırmaq hədəflənir. Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq, birinci rübdə emaledici məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb”.

Vüqar Bayramov əlavə edib ki, bu ilin ilk iki ayında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb:

“Bütövlükdə, son statistika göstərir ki, “lockdown” tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan da, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678