Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə vətəndaşa xəsarət yetirib, onun mobil telefonunu oğurlayan şəxs saxlanılıb – FOTO

108 Baxış

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən vətəndaş Ə.Həsənzadə Xətai küçəsində naməlum şəxsin ona yaxınlaşıb danışmaq üçün mobil telefonunu istədiyini, vermədikdə isə xəsarət yetirib telefonu götürərək hadisə yerindən qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib. Zərərçəkmişə məxsus mobil telefon da S.Osmanovun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678