Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Firuddin Əliyev: “Həkəri və Bərgüşadın qovuşduğu hissəyə qızıl xallı forelin buraxılır”

103 Baxış

“Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə qızıl xallı forelin buraxılışı həyata keçirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

Onun sözlərinə görə, çəkisi 30-50 qram olan 1 000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılır:

“Qızıl xallı forel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların artırılması nəzərdə tutulub.

Qeyd edim ki, qızıl xallı forel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək”.

“Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”, – deyə nazirlik rəsmisi qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678