Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hansı tarixlərdə sənaye balıq ovu ilə məşğul olmaq olar? – RƏSMİ

160 Baxış

“Xəzər dənizində sənaye balıq ovu 1 may – 1 sentyabr tarixləri aralığında qadağandır. Digər müddətlərdə isə balıq ovuna bileti olan fiziki və hüquqi şəxslər sənaye balıq ovunu həyata keçirə bilər”.

Bu sözləri Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova nazirliyin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında balıq və digər su bioresurslarının ovuna qadağa müddətindən danışarkən deyib.

O bildirib ki, su anbarlarında eləcə də Kür çayında 1 aprel – 1 sentyabr tarixləri aralığında sənaye balıq ovuna qadağalar mövcuddur:

“Kollektorlarda isə Baş Şirvan Kollektoru istisna olmaqla, digərlərində balıq ovuna icazə verilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678