Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA

113 Baxış

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi 2 milyon manatlıq yeyinti iddiası ilə bağlı açıqlama yayıb.

İdarədən bildirilib ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində uşaq bağçalarında iki milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır:

“Bununla əlaqədar bildiririk ki, söhbət səkkiz ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir. Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir.

Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir.

Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilib”.  

Qeyd edək ki, Hesablama Palatasının 2019-cı ildə bağçaların fəaliyyəti ilə bağlı yoxlamalarda iki milyon manat vəsaitin düzgün istifadə olunmadığı barədə məlumat yayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678