Cəlilabadda iki minik avtomobili toqquşub

108 Baxış

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı “Mercedes” markalı minik avtomobili ilə VAZ-21015 markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.