Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Astara sakinlərindən qanunsuz odlu silahlar və narkotik maddə götürüldü

152 Baxış

Astara rayon sakinlərindən qanunsuz odlu silahlar və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə 9 qramdan artıq marixuananı satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 9 qramdan artıq marixuana və yaşadığı evdən isə “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678