Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda məktəb direktorundan özbaşınalıq: Karantin qaydaları pozulub – ÖZƏL + FOTO/VİDEO

103 Baxış

Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəbdə ölkədə elan edilən xüsusi karantin qaydalarının pozulduğu müəyyənləşib

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu il keçirilən Novruz bayramı zamanı məktəb direktoru Esmira Muradova heç bir karantin qaydalarına əməl etməyərək, uşaqlar üçün bayram şənliyi təşkil edib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı məktəbin rəhbərliyi tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə zidd olaraq Novruz bayramına həsr olunmuş kütləvi tədbirin təşkil edildiyi və xüsusi karantin rejiminin tələblərinin pozulduğu müəyyən olunub”.

“Araşdırmanın nəticələrinə əsasən, Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Bu kimi hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”,- deyə İdarədən əlavə edilib.

Xatırladaq ki, son zamanlar müəllimlər arasında koronavirusa yoluxma və ölüm halları artıb. Kütləvi tədbirlərin də qadağan olunduğu bir vaxtda bəzi direktorların bu cür məsuliyyətsiz hərəkəti müəllimlərin COVID-19-a yoluxmasına və ölüm hallarına səbəb olur.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678