Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil nazirindən məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması barədə PAYLAŞIM – FOTO

135 Baxış

“Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir”. 

Bu barədə təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır:

“Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk5il platforması yaradılmışdır. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir”.

Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373…

Emin Amrullayev paylaştı: 20 Nisan 2021 Salı


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678