Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəyər verdiyimiz amallar dəyişməlidir!

149 Baxış

Kubra Məhərrəmova yazır…

Dünən sosial şəbəkələrdə, saytlarda aparıcının kobud səhvi ilə bağlı fikirlər yazıldı, söylənildi.  Nə yalan deyim, təhqirlər də səsləndi. 

Məsələdən xəbəri olmayanlar üçün yazım ki, efiri izləyənlər sosial şəbəkələrdə yazdılar ki, bəs “Xəzər” televiziyasının efirində aparıcı Xoşqədəm Hidayətqızı “Hətta Talışlar belə Qarabağda vuruşur” ifadəsini işlədib. 

Xoşqədəm Hidayətqızı bu iddia ilə bağlı öz səhifəsində video paylaşıb və qeyd edir ki, nə demişən o da videoda var. Buyurun bir də baxın. Və qeyd edib ki, vaxtı-zamanı gələcək, kimki mənim ictimai nüfuzuma zərbə vurur onlarla özüm danışacam. 

Bu belə. İndi məsələ odur ki, insanlar öz narazılığını bir baha “Xəzər” televiziyasının rəhbərliyinə bildirir və tələb edirlər ki, aparıcı efirdən uzaqlaşdırılsın və işdən azad olunsun. Bu da anlaşılandı. Hər kəsin tələb etmək haqqı var. 

Hər şey yaxşı gedirdi ki, bu narazılığın içində birdən bütün hucumlar yönəldi “Xəzər” televiziyasının rəhbəri Murad Dadaşova. Elə bil ki, illərdir televiziyalarımızda baş verən bütün biabırçılığın günahı Murad Dadaşovdadır. 

Bəli, mən anlayıram ki, hər bir rəhbər öz işçisinə görə cavab verir və məsuliyyət daşıyır. Bəli, mən anlayıram ki, bu çətin məqamda hər birimizin məsuliyyəti birə-min artıb. Və əminəm ki, Murad Dadaşov bu narazılığı da həll edib bir tədbir görəcək. 

Heç nə yox , Murad Dadaşov “Xəzər”ə rəhbər gələndən televiziyaların binasının qabağındakı plakatları sökdürdü. Yadınızda olar da, hansısa serialın posteri idi. Kanalın efirində olan zər-zibalı, saçaxlı, bəzəkli kontenti yığışdırdı. 

Bu gün deyə bilərik ki, ən azı “Xəzər”in efiri bayağı, mənasız adamlardan təmizlənib. Daha səliqəli olub, xəbər buraxılışından tutmuş digər televiziya məhsullarına qədər. Ümid edirəm ki, Murad Dadaşov köhnədən qalan bir sıra problemləri də aradan qaldıracaq. Çünki komandanın gördüyü iş göz qabağındadır. Həqiqətən arzu edirəm ki, “Xəzər” regionun ən baxımlı, ən keyfiyyətli televiziya kanallarından biri olsun. Biz də deyək ki, sizin BBC-niz varsa, bizim öz yerli kanallarımız var. 

Bu da öz yerində. İndi keçirəm əsas məsələyə. Mənim əziz millətim. Mənim canım-ciyərim. Bu gün düşmənin başına od yağdıran sizsiz, bizik. Bu gün hər ailədən cəbhədə vuruşan var. Oğul, ər, qardaş, bacı var.  Bu gün cəbhədə vuruşan hər bir əsgərə mən özüm qurban olum. O mənim üçün vuruşur, o məni, balamı qoruyur. O Azərbaycanı düşmənlərdən təmizləyir. Torpağımızı işğalçılardan azad edir. 

Amma elə bu millət də hansısa aparıcıları, müğənniləri qaldırıb qoyub dağ başında, sonra da onlar nəsə səhv-düz edəndə ondan inciyir. A kişi, onları siz ulduz edib məclisləriniz başına gətirmisiz, mən yox. Heç Murad Dadaşov da onu etməyib. Siz tələb etmisiz, o, da xalqın arzusu ilə onları dəvət edib efirə. 

Sözümün canı, bu andan dəyər verdiyimiz amallar, insanlar, qəhrəmanlar dəyişməlidir. Bu gün efirlərin qəhrəmanları hansısa aparıcılar, müğənnilər olmalı deyil. Bütün Azərbaycanın bir qəhrəmanı olmalıdır, Azərbaycan əsgəri! 

Cənab Prezident demişkən,  Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.

Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.

Qurban olum bu xalqa, bu millətə! Əsas da odur ki, Qarabağ Azərbaycandır!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678