Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dörd yaşlı Hüseynin həyat mübarizəsində ona dəstək olaq – FOTO

111 Baxış

Türkan qəsəbəsində yaşayış evində baş verən partlayış zamanı yanıq xəsarətləri alan balaca Hüseynin sağlamlığına qovuşması üçün köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, hadisə evdə qazsızması nəticəsində baş verib. 

Ailə yaxınından aldığımız məlumata görə, partlayış zamanı ana, 3 yaşlı qızı və 4 yaşlı oğlu yaralanıb:

“Hadisə 8-9 gün bundan qabaq olub. Hər üçü 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağır olub. Təəssüf ki, 3 yaşlı uşağın xəsarətləri ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Ana ilə 4 yaşlı oğlu Hüseyn isə reanimasiyadadır. Ana qızının öldüyünü bilmir. Həkimlər vəziyyətlərinin ağır olduğunu deyir. Allahdan ümidimizi üzmürük”.

Ailəyə xəstəxana xərclərində yardım etmək istəyənlər “MilliÖn” terminallarından aşağıdakı formada pul köçürməsi edə bilər:

“MillÖn” terminalına daxil olub “Bank Respublika” seçərək “Hesaba mədaxil” bölməsindən  380194400610787901 kodunu qeyd edib, daha sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsini –  AZE 18030935 daxil edə bilərsiniz.

Kartdan karta köçürmə etmək istəyənlər isə 5357414114196620 kart nömrəsinə pul köçürməklə yardım edə bilər.

Eyni zamandan +994 70 860 76 63 nömrəsi vasitəsilə ailə yaxını Mikayıl Ağayevlə əlaqə saxlaya bilərsiniz. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678