Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“BMW” çay evi cərimələndi – FOTO/VİDEO

111 Baxış

Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki “BMW” adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub.

Həmin obyektlərin icarədarları Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin  211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678