Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təcili tibbi yardım həkimlərinin maaşları necə hesablanacaq? – AÇIQLAMA

128 Baxış

Təcili tibbi yardım işçilərinin maaşları qaydalara müvafiq olaraq hesablanacaq. Onların əməkhaqları iki hissədən ibarətdir: vəzifə maaşı və sabit icbari tibbi sığorta əlavəsi.

Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, bir qayda olaraq bu vəzifə maaşına bərabər məbləğ təşkil edir:

“Bütün digər əlavələr də bu iki komponentin cəmindən hesablanır. Yəni, gecə növbəsində görülən işə, eləcə də fasiləsiz əmək stajına görə olan əlavələr vəzifə maaşı ilə sabit həvəsləndirici əlavələrin cəmindən hesablanır”.

Y.Mahmudzadə fizioterapiya prosedurunu həyata keçirən həkimlərə mövcud qaydalara əsasən tətbiq edilən xidmətin 20 faizi məbləğində bonus hesablanacağını da qeyd edib:

Onun sözlərinə görə, burada məhdudiyyət, limit yoxdur:

“Ay ərzində bu proseduru pasiyentlərə nə qədər tətbiq edəcəklərsə, fizioterapiya həkimləri həmin xidmətin sayından asılı olaraq dəyərinin 20 faizi məbləğində əlavələr alacaqlar”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678