Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gənclər Fondu”nun dəstəyi ilə “Gənc Qazilər üçün Sosial -Psixoloji təlim” layihəsi baş tutub – FOTO

118 Baxış

Azərbaycan Respublikası Prezidenti yanında “Gənclər Fondu”nun dəstəyi və təşkilatçılığı ilə” Gənc Qazilər üçün Sosial-Psixoloji “təlim layihəsinə start verilib. 

Layihənin ilk qonaqları  “Sağlam Ailə” Klinikasının Nevroloq həkimi Gülnar Verdiyeva , “Azərbaycan İdmançıları İctimai Birliyi”nin Baş Katibi Fərhad Acalov, “Boccia” İdman Federasiyasının baş katibi, 1-ci Qarabağ qazisi İlham Məhərrəmov, layihənin ikinci gününün qonaqları “Sabah” Futbol klubunun müdafiəçisi Ruslan Abışov, Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev, layihənin üçüncü gününün  qonaqları Psixologiya Elmi-Tədqiqat institutunun sədri, Psixoloq Elnur Rüstəmov, Yunan – Roma güləşçisi Rəsul Çunayev, layihənin digər günlərinin qonaqları Sosial Xidmətlər Agentliyinin sosial işçisi, psixoloq Sara Ağayeva, Milli Məclisin Deputatı Vüqar İsgəndərov, “Loqos” Təlim Tədris Mərkəzinin Klinik Psixoloqu Şahin Əliyev, “Formula 1” maliyyə direktoru Elçin Səfərov iştirak edib.

Layihənin məqsədi 44 günlük İkinci Qarabağ savaşında iştirak etmiş gənc qazilərə sosial-psixoloji dəstək olmaqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678