Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

118 Baxış

Gəncə şəhərində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində “VAZ-21015” və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1 nəfər – 41 yaşlı Hicran İsayeva ölüb, daha 3 nəfər – 27 yaşlı Əruz Əkbərov, 48 yaşlı Ceyhun Mirzəyev və 37 yaşlı Zəminə Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678