Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir – FOTO

119 Baxış

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir.

Müəssisənin aidiyyəti şöbəsində həmin kateqoriyadan olan 5-29 yaşlı uşaq və gənclərə müəyyən edilmiş fərdi inkişaf proqramı əsasında tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Hər reabilitasiya kursu 3 ay davam edir və bu müddətdə görmə imkanı məhdud uşaq və gənclər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar. 

– Tibbi reabilitasiya üzrə – ali və orta ixtisaslı peşəkar tibb işçiləri tərəfindən terapevtik, nevropotoloji, oftalmoloji müayinə və müalicə, Low Vision (qalıq göz işığının qorunması və görmə itiliyinin inkişaf etdirilməsi) xidmətləri göstərilir;

– Peşə reabilitasiyası üzrə – dərzilik, toxuculuq, bərbərlik, taktil vəsaitlərinin hazırlanması, bağbanlıq, operatorluq peşələri nəzəri və praktik olaraq öyrədilir;

– Pedaqoji reabilitasiya üzrə – kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər keçilir;

– Mədəniyyət və incəsənət reabilitasiyası üzrə – rəsm, heykəltəraşlıq, bədii yaradıcılıq, rəqs, musiqi alətlərində ifa, vokal, teatr-tamaşalarının qurulması, səhnə mədəniyyətinə aid təlimlər keçilir;

– İdman reabilitasiyası üzrə – üzgüçülük, idman və müalicəvi gimnastika, futbol, həndbol, tennis, voleybol, stolüstü (şahmat, dama) oyunları öyrədilir, yerli və beynəlxalq idman yarışlarında iştirak təmin edilir;

– Psixoloji reabilitasiya üzrə – peşəkar psixoloq tərəfindən psixoloji baryerlərin dəf edilməsi, komplekslərin aradan qaldırılması, ünsiyyət qurma bacarıqlarının aşılanmasına dair təlimlər təşkil olunur; 

– Sosial reabilitasiya üzrə – tiflopedaqoqların və sosial işçilərin təlimləri (əl ağacından istifadə, səs akustikası, ayaq hissiyyatının artırılması, rənglərin və yol hərəkəti qaydalarının öyrədilməsi) vasitəsilə fəza oriyentasiyasının inkişaf etdirilməsi prosesi aparılır; 

– Məişət Reabilitasiyası üzrə – məişət avadanlıqlarından istifadə, evdarlıq və özünəxidmət  qaydalarına dair təlimlər təşkil olunur. 

Reabilitasiya kursuna cəlb olunmaq üçün görmə qabiliyyəti məhdud şəxslərin özləri, onların valideynləri və ya qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxsin razılığı ilə digər şəxslər Sosial Xidmətlər Agentliyinin filiallarına və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər.

Bütün reabilitasiya xidmətləri dövlət vəsaiti hesabına göstərilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678