Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaqatalada sərnişinləri avtobusun yük yerində daşıyan şəxs cəzalandırıldı – AÇIQLAMA+VİDEO

123 Baxış

Sosial şəbəkələrdə Zaqatalada sərnişinlərin avtobusun yük yerində daşınması ilə bağlı görüntülər yayılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər Zaqatala Rayon Polis Şöbəsində araşdırılıb:

“Araşdırma nəticəsində həmin mikroavtobusu rayon sakini Hafiz Musayevin idarə etdiyi müəyyən edilib. Sürücü H.Musayev sərnişindaşıma və xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.1-ci maddələri ilə protokol tərtib olunub”.

Qeyd edək ki, həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılmasına baxmayaraq, sürücü xüsusi karantin rejimi qaydalarını pozaraq, şənbə günü fəaliyyət göstərib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678