Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağa qayıdışla bağlı sorğu başa çatdı

125 Baxış

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat – onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.

ADA Universitetindən verilən məlumata görə, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.

İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678