Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil Nazirliyinin rəsmisindən valideynlərə ÇAĞIRIŞ

105 Baxış

Təhsil Nazirliyi rus bölməsi üzrə birinci sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə valideynlərin müdaxilə etməməsi ilə bağlı çağırış edib.

Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

O deyib ki, valideynləri müsahibələr zamanı uşaqlara kömək etməməyə çalışsınlar:

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678