Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilmiş ərazilərdəki qoruqların sahəsi açıqlandı – RƏSMİ

114 Baxış

“Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu – Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var:

“Bundan başqa ərazidə Laçın, Daşaltı, Arazboyu və Qubadlı dövlət təbiət yasaqlıqları var. Bunların ümumi sahəsi 43 min hektardır. Laçın və Qubadlı ərazisinə görə ən böyükləridir. Hər birinin ərazisi 20 min hektardır. Arazboyu 2 200 hektar, Daşaltı 450 hektardır”.

“Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678