Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı AÇIQLAMA – VİDEO

623 Baxış

“Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir”. 

Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mercedes” markalı 90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən ona “saxla” əmri verilib. Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verilib. 

“Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”, – deyə Vaqif Əsədov bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678