Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət şirkətləri ölkəyə nə qədər valyuta gətirib? – FOTO

118 Baxış

2021-ci ilin yanvar-mart ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

Təqdim edilən dövlət müəssisələri bu dövr ərzində ölkəyə 208,1 milyon ABŞ dolları həcmində gəlir gətirib. Siyahıya 52,5 milyon dollar ixrac həcmi ilə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda 48,2 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer”, 37 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 32 milyon dollar ixrac həcmi ilə “AzərGold” QSC, 21,2 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərenerji” ASC 16,1 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC isə 1 milyon dollar, “Azəripək” MMC 603 min dollar ixrac gəliri əldə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678