Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Akkord”dan 100 minlik oğurluq olub

117 Baxış

“Akkord” şirkətlər qrupuna daxil olan MMC-lərdən külli miqdarda oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, “Akkord Mərmər Qranit” MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən zovodundan 90 220 manat dəyərində 675 metr naqil, 6 ədəd birləşdirici və elektrik lövhələri oğurlanıb.

Bundan başqa, “Akkord”un Sabirabad rayonunda yerləşən zavodundan da oğurluq edilib. Buradan isə 8 min manatlıq texnika, 6 min manatlıq boru oğurlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır. Cinayəti törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678