Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qorxulu xəstəliklə mübarizə aparan həmyerlimiz: “Yaşamağıma kömək edin” – FOTO/VİDEO

108 Baxış

Nigar Əliyeva hazırda Ankaranın Hacettepe xəstəxanasında müalicə alan həmyerlimizdir. Bir gün əvvəl 18 yaşı tamam olub, ancaq yetkinlik yaşına çatmaqdan zövq almaq əvəzinə xərçənglə mübarizə aparır.

Media.Az xəbər verir ki, Nigar Hodgkin lenfomasından əziyyət çəkir – Bu, limfa sisteminin bədxassəli xəstəliyidir, buna Hodgkin xəstəliyi, lenfoqranulomatoz, limfa düyünlərinin xərçəngi də deyilir.

“Bilirsiniz, atamı itirəndə cəmi altı yaşım var idi. Onun ölümündən sonra anam bütün həyatını mənə və qardaşıma həsr etdi, bizim üçün əlindən gələni etdi. Yeri gəlmişkən, qardaşım indi orduda xidmət edir, ondan ötrü çox darıxıram… Narahat olmaması üçün xəstəliyimdən bəhs etməmişəm. Çox istəyirəm ki, qardaşım ordudan qayıtdıqdan sonra məni sağ-salamat görsün”, – deyə Nigar Əliyeva bildirib.

Onun sözlərinə görə, Hacettepe xəstəxanasında müalicə çox baha başa gəlir.

“Klinikaya yerləşəndən bir həftə sonra anamın pulu bitdi, həkimlər xəstəxana şöbəsini tərk etməyimizi istədilər. Ümidsiz idik, gedəcək yerimiz yox idi. Bundan əlavə, kimyaterapiya bədənimi çox zəiflətdi, anam və mən bir tərəfdən xəstəliyimə, digər tərəfdən müalicəmi davam etdirmək üçün pul çatışmazlığına görə ağır stres yaşayırıq. Əlimizdən gələn şey yalnız dua etmək idi”, – N.Əliyeva başlarına gələnləri danışıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678