Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının ticarət dövriyyəsi artıb

146 Baxış

2020-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, cari dövr ərzində paytaxtda ticarət dövriyyəsinin həcmi 15 milyard 553,7 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,5 faiz artıb və 8 milyard 46,8 milyon manat təşkil edib. Eləcə də, qeyri-ərzaq məhsullarının həcmi 9,2 faiz azalıb və 7 milyard 506,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678