Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxtda ictimai iaşə obyektlərinin dövriyyəsi 58,4 faiz azalıb

175 Baxış

Bakıda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 58,4 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 317,2 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 29,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz azalıb və 224,6 milyon manat olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678