Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcbari tibbi sığortaya daxil olan analizlər özəl xəstəxanalarda verilə bilərmi? – AÇIQLAMA

128 Baxış

“Vətəndaşlara icbari tibbi sığortanın xidmətlər zərfində 2 550 sayda tibbi xidmət təklif olunub. Ola bilməz ki, bunlardan vətəndaşa lazım olan müayinə və analizlər dövlət tibb müəssisələrində olmasın”.

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

“Həkimin yazdığı analiz və müayinələr dövlət xəstəxanalarında olmadığı halda nə üçün vətəndaşın əmək haqqından icbari tibbi sığorta üçün məcburi pul tutulmalıdır?” sualını cavablandırarkən o qeyd edib ki, həmin 2550 xidmətdən 731-i müxtəlif analizlərdir:

“Vətəndaş sualın konkret olaraq hansı müayinə və analizlər barədə olduğunu qeyd etməyib, o səbəbdən ümumi cavablandıracam. Amma qeyd etdiyim kimi mümkün deyil ki, 2550 sayda tibbi xidmətlərdən sizə lazım olan və ya vacib olan müayinə, eləcə də analizlər orada olmasın. Əgər xidmətlər zərfində olan hər hansı bir analiz dövlət tibb müəssisələrində mümkün deyilsə belə, sizə özəl tibb müəssisəsinə göndəriş verilə bilər.

Həmin göndəriş əsasında siz özəl tibb müəssisəsində xidmətlər zərfində olan analizlərinizi verə biləsiniz. Həmin özəl tibb müəssisələrinin də siyası TƏBİB-in tabeliyində olan tibb müəssisələrində var. Belə məqam yaşanan zaman xəstəyə həmin xəstəxanaların siyahısı təqdim olunur”, – deyə A.Əhmədova əlavə edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678