Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda ana və iki uşağı qəzadan son anda xilas oldu – ANBAAN VİDEO

118 Baxış

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qəza şəraiti yaradıb.

Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Belə ki, “Hyundai” markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq, köməkçi yoldan əsas yola daxil olub. Bu zaman əsas yolla hərəkətdə olan “Chevrolet” markalı maşının sürücüsü idarəetməni itirərək, əvvəlcə “Hyundai” avtomobilinə, daha sonra isə “Toyota”ya və yol kənarındakı dəmir dirəyə çırpılıb. 

Qəza zamanı yolun kənarında dayanan ana və iki övladı son anda xilas ola biliblər.

Həmin görüntüləri təqdim edirik:

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678