Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır, bəs nəzarəti kim etməlir? – VİDEO

119 Baxış

Nardaran qəsəbəsində marketlərin qarşısına müxtəlif tutumlu benzin çəlləkləri düzülüb və açıq-aşkar satış həyata keçirilir. Nə təhlükəsizlik, nə də ki, benzin satışını müəyyən edən standartlar var.

Vətəndaşlar Baku TV-yə bildirib ki, Nardaran ərazisində yanacaqdoldurma məntəqəsi demək olar ki, yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyəti də mövcud vəziyyətdən demək olar ki, bixəbərdir. Halbuki, qurumun tabeliyində olan ərazilərdə icazəsiz daşı-daş üstə belə qoymaq mümkünsüzdür. 

Bir sözlə qurumlar xəbəri eşidib, yaxasını kənara çəkmək üçün ötür-ötür oyununu oynadılar. Elə Energetika Nazirliyi də hadisədən xəbərsiz olduğunu bildirdi. Əslində qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, plastik qablarda satılan benzinə tələb olduğundan, həmin proses də belə demək mümkünsə, “çiçəklənir”. Bu tendensiyaya qarşı adminstrativ yolla mübarizə aparılmalıdır. 

Məsələn, vergi xidməti plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər.

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678