Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub

118 Baxış

Ermənistan kütləvi informasiya vasitələrinin azərbaycanlılara qarşı şər-böhtanı tez ifşa olunub.

“Report” xəbər verir ki, Ermənistanın Niderland Krallığındakı səfirliyi guya üç azərbaycanlının erməni vəkil Anna Akopyanı bıçaqlaması ilə bağlı yayılan yalanı təkzib edib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-də vəkil qadının bıçaqlanması ilə bağlı yayılan məlumatın əsası yoxdur: “Bıçaqlanmış kimi şəkli yayılan qadın sağ-salamatdır. Onun bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan KİV-i Niderlandda Anna Akopyanı erməni olduğu üçün üç azərbaycanlının bıçaqladığına dair şayiə yaymışdı. Bu məlumat krallığın rəsmi dairələri tərəfindən təsdiqlənməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678