Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərişiq” ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib – FOTO

295 Baxış

“Azərişiq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə konfrans keçirilib.

Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə “Azərişiq” Sədrinin müşaviri, “Azərişiq” YAP təşkilatının sədri Tanrıverdi Mustafayev açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü xidmətlərdən danışıb.

T.Mustafayev bildirib ki, gələcək nəsillər üçün ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti örnək olacaq.

Daha sonra çıxış edən “Azərişiq” sədrinin köməkçisi Xalid Təhməzov ulu öndərin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, energetika sahəsinə də böyük diqqət və qayğı ilə yanaşmasından danışıb.

O qeyd edib ki, hələ sovet dönəmindən ümummilli liderimizin təşkilatçılığı sayəsində Azərbaycanın elektroenergetikası iri addımlarla inkişaf edib.

Tədbir zamanı Strateji Araşdırma və Planlaşdırma şöbəsinin rəis müavini Elşən Məmmədov, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxaliyev, İşlər idarəsinin baş mütəxəssisi  Asəf Qasımov, mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə də öz çıxışlarında 90-cı illərin əvvəlində ölkəmizdə baş verən hərc-mərcliyin siyasi, iqtisadi, hərbi sahələrin tənəzzülü və o vaxtkı hakimiyyətdə olanların heç bir halda ölkəni qarşılaşacaq fəlakətdən qurtara bilməyəcəyini bildirdilər.

Bu zaman xalqın təkidli tələbi ilə ulu öndərin Bakıya dəvət edildiyi və bununla da siyasi arenada o cümlədən, cəmiyyətin bütün sahələrində sürətli inkişafın başladığını qeyd etdilər.

Çıxışlarda sovet dövrünün çətinlikləri şəraitində ümummilli lider Heydər Əliyevin öz xalqı üçün gördüyü qiymətli işləri xatırladılaraq, milli kadrların yetişdirilməsi və onların siyasi idarəçilik institutlarında yerləşdirilməsinin əhəmiyyəti haqqında söhbətlər aparıldı.

Müzakirələrin sonunda “Azərişiq” ASC-nin sədr müavini və YAP təşkilatının sədri T.Mustafayev ümummilli liderin göstərdiyi misilsiz xidmətlərin daim qədirbilən xalqımız tərəfindən xatırlanacağını qeyd edib. 

O, bu və bu kimi tədbirlərin təşkilinin yüksək əhəmiyyət daşıdığını və davamlı keçirilməyə ehtiyac olduğunu fikirlərinə əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678