Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldı

119 Baxış

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ağcabədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin – 2007-ci il təvəllüdlü Əmirzadə Aysel Əbülhəsən qızı müxtəlif xəsarətlər alıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. 

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678