Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə mobil telefonlar ucuzlaşıb – RƏSMİ + FOTO

130 Baxış

2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, dondurulmuş balıq, sterilizə olunmuş üzlü süd, yoqurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, alma, armud, kələm, pomidor, bibər, çuğundur, balqabaq, şəkər və şəkər tozu, konfetlər, çay, limonad, meyvə şirəsi və tütün məmulatları bahalaşıb. 

Təzə balıq, yumurta, banan, qoz, fındıq, xiyar, badımcan, yerkökü, kartof və sarımsaq isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,9 faiz təşkil edib.

Aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox pambıq parçalar, boyalar, divar kağızları, polietilen su və kanalizasiya boruları, kəsilmiş taxtalar, sement, soyuducular, paltaryuyan maşınlar, kondisionerlər, televizorlar, minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatları bahalaşıb.

Mobil telefonlar və yazı kağızlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin aprel ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,3 faiz təşkil edib.

İlin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətləri, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb.

MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678