Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gazelli Group”dan yeni aksiya: “Həm şərdə, həm xeyirdə yanınızdayıq” – FOTO

110 Baxış

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti həmişə olduğu kimi müqəddəs Ramazan Bayramında da xalqımızın yanında olduğunu göstərib. 

Şirkət “Həm şərdə, həm xeyirdə Gazelli Group yanınızda” adlı sosial aksiyanı reallaşdırıb. Aksiya çərçivəsində ötən ilin oktyabrında erməni terroru nəticəsində Gəncədə yaxınlarını itirmiş və evlərinə ziyan dəymiş soydaşlarımız ziyarət edilib, dövlət tərəfindən artıq yeni mənzillərlə təmin edilmiş vətəndaşlara baş çəkilib. Bununla da 100-dən artıq ailəyə “Gazelli Group” tərəfindən qida məhsullarından ibarət Ramazan sovqatları paylanılıb, bayram təbrikləri çatdırılıb. 

Bundan əlavə, ölkəmizdə COVİD19 pandemiyası təhlükəsi nəzərə alınaraq, hər ailəyə “Gazelli Group”un istehsal etdiyi SANİTARY və +H2O brendlərinin antiseptik məhsulları da təqdim edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678