Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş Prokurorluqdan Yasamaldakı intiharla bağlı AÇIQLAMA

116 Baxış

Bakıda intihar edən gənclə bağlı araşdırma başladılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib. 

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, Lənkəran rayon Şağlaser kənd sakinlərinin dediyinə görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678