Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açıldı – FOTO

123 Baxış

Cəlilabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.

“Report” xəbər verir ki, hadisə ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini Məhəmməd Qədimov idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobilini yolun kənarına aşırıb. Hadisə nəticəsində onun 12 yaşlı qızı Rüqayyə Qədimli xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı həmçinin bir sərnişin də yüngül xəsarət alıb və ona ambulator tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678