Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF: “70 yaşdan yuxarı insanları…”

103 Baxış

“Ötən ilin payızında Qarabağın işğaldan azad edilməsindən sonra köçkün düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqları günü ümidlə gözləyirlər. Amma çox təəssüf ki, yurd-yuvasına dönmək arzusu ilə yaşayan, 30 ildir o günü gözləyən, lakin arzusuna çatmadan torpaqlar azad olunandan sonra bu dünyadan köçən yurddaşlarımız da var. Yaşlı insanların öz doğma yurdlarını görmələri üçün şərait yaradılmalıdır”.

Modern.az xəbər verir ki, bunu əslən Füzuli rayonundan olan yazıçı Tağı Türk deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlar müəyyən addımlar atmalıdır:

“Hesab edirəm ki, həmin insanların son nəfəsində öz doğma yurdlarını, evlərinin qalıqlarını görmək haqqı var. Təklif edərdim ki, 70 yaşdan yuxarı insanları öz dədə-baba yurdlarına bir neçə saatlıq da olsa aparmaq lazımdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678