Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“E-Sabail” portalında “Qarabağ Azərbaycandır!” bölməsi istifadəyə verildi – FOTO

121 Baxış

Ötən il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən elektron xidmətlərin genişləndirilməsi və innovasiyaların tətbiqi sahəsində geniş həcmli işlər həyata keçirilib.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış elektron platforma lahiyəsində (www.esabail.az) yeni “Qarabağ Azərbaycandır!” bölməsi yaradılıb.

Portalın yeni istifadəyə verilən “Qarabağ Azərbaycandır!” bölməsində Azərbaycan Respublikası Prezidentinin Qarabağa səfərləri, şəhidlərimiz və Milli Qəhrəmanlarımız, Qarabağ haqqında və Zəfər Gününə dair məlumatlar yerləşdirilib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanına edilən dəyişikliklərə əsasən, yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi də bu bölmədə əks olunub.

Bu kateqoriyadan olan vətəndaşlar qeyd olunan bölməyə daxil olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil növbəsinə götürülməsi və müvafiq sənədlər toplanılması ilə əlaqədar məlumatların əldə edilməsi kimi xidmətlərdən istifadə edə bilərlər.

Ölkə başçısının tapşırığına uyğun olaraq tərəfimizdən şəhid ailələləri, Vətən müharibəsi qaziləri və iştirakçılarına daima diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində müvafiq köməkliklər edilir.

Səbail rayonu sakinləri pandemiya dövründə evdən çıxmadan portala onlayn qaydada müraciət etməklə RİH tərəfindən göstərilən bütün xidmətlərdən yararlana biləcəklər. Mobil qurğular, smartfon və planşet istifadəçiləri üçün həm android, eyni zamanda İOS əməliyyat sistemləri vasitəsilə axtarış bölməsinə “esabail.az” yazaraq www.esabail.az portalını ödənişsiz yükləmə imkanı yaradılıb. Qeyd etmək istərdik ki, gün ərzində portala vətəndaşlar tərəfindən ümumilikdə iyirmidən çox müxtəlif kateqoriyalı müraciətlər daxil olur. Hüquqi məsləhətlər, Qəyyumluq, Planlaşdırma, Sosial və Kommunal problemlərlə bağlı daxil olmuş müraciətlər də operativ həll olunaraq vətəndaşlara bu barədə müvafiq onlayn cavab göndərilir.

Məlumat üçün bildiririk ki, “E-Sabail” platforması, yerli şirkət olan “Global Technology Services” tərəfindən hazırlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678