Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azəbaycandan Gürcüstana 9 milyon dollar transfert edilib – RƏSMİ

109 Baxış

2021-ci ilin aprel ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 680,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Oxu.Az-ın Gürcüstanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Əvvəlki ayın (2021-ci il mart) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 18 faizə qədər artıb.

Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 9 milyon 59,2 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin aprel ayı ilə müqayisədə 3,7 dəfə, əvvəlki aya (2021-ci il mart) nisbətən isə 23,5 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 27 milyon 626,1 milyon dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox), Gürcüstandan Azərbaycana 5 milyon 526,3 min dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz çox) həcminə pul transfert edilib.

Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 7-ci pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678