Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Masallıda çiyələk yığan qadını ilan sancdı

119 Baxış

Masallı rayonunda yerli sakini ilan sancıb.

“Report”un verdiyi xəbərə görə, hadisə Göytəpə ərazisində, axşam saatlarında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Masallı rayonu Kürdəbaz kənd sakini, Heyran Əlibala qızı Xəlilovanı sahədə çiyələk toplayan zamanı qol nahiyəsindən ilan sancıb.

H.Xəlilovaya ilkin tibbi yardım göstərilib. Daha sonra ilan sancan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vəziyyəti orta ağır olaraq qalır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678