Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vaksinasiya sənədini gətir, “Kontakt Home”dan XÜSUSİ ŞƏRTLƏRLƏ KREDİT AL

304 Baxış

“Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə “VaksinAksiya” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində vaksinasiyadan keçmiş hər kəs mayın 31-dək “Kontakt Home” mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz və komissiyasız, tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcək.

Kampaniya vaksinasiyanın 1-ci mərhələsindən keçmiş hər kəsə şamil olunur. Təklifdən yararlanmaq üçün vaksinasiya zamanı verilən sənədi yaxud e-TƏBİB mobil tətbiqində COVID pasport (peyvənd sertifikatı) bölməsində yerləşən elektron sənədi, həmçinin şəxsiyyətini təsdiq edən sənədi mağazada alış zamanı təqdim etmək kifayətdir.

Cəmiyyət qarşısındakı sosial öhdəliyini anlayan “Kontakt Home” TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarına COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına da köməklik göstərib. Eyni zamanda şəbəkə hər kəsi kütləvi immunitetin yaranması üçün vaksinasiya olunmağa çağırır!

Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” “Samsung”, “LG”, “Bosch” kimi 30-dan çox dünya brendinin rəsmi, “Dyson, “Toshiba, “Electrolux, “WHAL”, “Black&Decker”, Hoffmann” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, “Apple” brendinin isə rəsmi satış mərkəzidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678