Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəki və Qubada Vətən müharibəsi qaziləri ziyarət olunub – FOTO

102 Baxış

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Şəki şəhərində və Quba rayonunda yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub. 

Təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin və proqramın səfirinin iştirakı ilə baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Həmçinin, görüşlərdə Vətən müharibəsi zamanı arxa cəbhədə öz dəstəyini əsirgəməyən, cəmiyyətdə sevilən simalardan olan Murad Arif proqramın səfiri qismində iştirak edib, qazilərlə həmsöhbət olub, onlara dəstəyini bildirib.

Bu günədək proqram çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı rayonları daxil olmaqla doqquz şəhər və rayonda Vətən müharibəsi qaziləri ziyarət olunaraq, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb.

Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, onları cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən qəhrəmanlara dəstəyini göstərməkdir. 

Adı çəkilən proqramla yanaşı təşkilat tərəfindən davamlı olaraq gənc qazilərlə bağlı sosial-psixoloji reabilitasiya, məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur. 

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

“Böyük Qayğı” proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunur. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678