Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XVII əsrdə inşa olunan tarixi abidəni ot basıb – FOTO

109 Baxış

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” dağılmaq üzrədir. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, türbələrin daş damında otlar, ağaclar bitir və təmizlənmir. 

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb:

“Türbələr XVII əsrdə inşa olunub. Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər.

“Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678