Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ASK prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçildi

265 Baxış

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Assambleyasının 37-ci iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Oxu.Az-a verilən məlumata əsasən, iclasda qurumun Direktorlar Şurasına yeni üzvlərin təqdimatına baxılıb.

Təqdimat əsasında keçirilən səsvermədə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib.

Palatanın Baş katibi Yusif Xələvi çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlıqdan məmnundurlar və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni layihələrin həyata keçirilməsi perspektivləri üzərində işləyirlər.

Qeyd edilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildən bəri Palatanın üzvüdür və Azərbaycan biznes icmasını İslam Palatasında təmsil edən yeganə təşkilatdır.

Həmçinin 37-ci iclasda iştirak edən dövlətlər eyni zamanda təşkilata daxil olan fondun hesablarının Palatanın hesablarından ayrılaraq müstəqil şəkildə formalaşdırılması, eləcə də Qəzzada baş verən hadisələrə münasibətlərini ifadə ediblər.

Məlumat üçün bildirilib ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası 1979-cu ildə təsis edilib. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bağlı qurumudur və islam ölkələrindən 57 üzvü öz sıralarında birləşdirir.

Gələcəkdə ticarət, informasiya texnologiyaları, sığorta, təkrarsığorta, bankçılıq, üzv ölkələrdə investisiya imkanları və müştərək müəssisələrin təşviqi sahələrində daha sıx əməkdaşlığı gücləndirməyi hədəfləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678