Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”

304 Baxış

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib.

Oxu.Az xəbər verir ki, S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib. 

“Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, – deyə S.Novruzov əlavə edib. 

O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678