Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlilliyə hansı hallarda imtina cavabı gəlir? – AÇIQLAMA

130 Baxış

Göndərilən “Forma 88”ə verilən imtinaların özünəməxsus səbəbləri və növləri olur.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova göndərilən “Forma 88”ə hansı hallarda imtina gələ biləcəyi sualına cavab verərkən deyib.

O bildirib ki, əlillik təyinatı vətəndaşın heç bir məmurla təması və əyani müayinə olmadan, yalnız göndəriş əsasında aparılır:

“Həkim ekspertlər göndərişdə yazılan diaqnozlara inanaraq əlillik təyinatını aparırlar. Əgər göndərişdə qeyd edilən diaqnoz və onun əsaslandırıcı məqamları – instrumental laboratoriya müayinələrin nəticələri təsdiqlənmirsə, hiperdiaqnoz və təzadlar, uyğunsuzluqlar varsa, belə durumlarda əksər halda diaqnoz öz təsdiqini tapmır. Bu o deməkdir ki, şübhə doğuran məqamlar var. Diaqnoz müayinələrlə tam düzgün, dolğun əsaslandırılmadıqda, göndərişin keyfiyyətsiz doldurulduğu barədə qərar verilir.

Eyni zamanda onu da qeyd edim ki, göndərişin keyfiyyətsiz doldurulması o demək deyil ki, vətəndaşa əlillik təyinatı aparılmır və ya aparılmayacaq. Sadəcə olaraq, həkim ekspert mövcud göndərişdə yazılanlarla tam dəqiq əlillik dərəcəsi müəyyən edə bilmir. Səhiyyə müəssisənin əməkdaşları apardıqları əyani müayinəni göndərişdə elə təsvir etməlidirlər ki, oxuyan həkim ekspertin xəstə barəsində tam təsəvvür yaransın. Çünki eyni diaqnozla birinci, ikinci və üçüncü dərəcəli əlillik təyinatları aparıla bilir. Burada istənilən dizaqnozun əsaslandırılması düzgün olmalıdır ki, təsdiqini tapdığı halda əlillik təyinatı aparılsın.

Bəzən müalicə müddətinin az olduğunu görürük. Müalicə potensialı tükənməyib, bərpa müalicəsi aparıldıqdan sonrakı proqnozu bilməkdən ötrü müalicənin davamı qərarı verilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678