Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda “Qırmızı kitab”a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir – RƏSMİ

119 Baxış

“İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 30 illik işğal müddətində fauna və floraya ciddi ziyan dəyib: 

“Hətta işğal dövründə “Qırmızı kitab”a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə ziyan dəyib”.

O qeyd edib ki, hazırda bu məsələlər araşdırılır.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678