Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

107 Baxış

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

Oxu.az-ın məlumatına görə, plenar iclas mayın 25-də keçiriləcək.

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda səsə qoyulacaq.

İclasda Azərbaycanın Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi barədə sənədə də baxılacaq.

Digər qanun layihələri isə ikinci və üçüncü oxunuşlarda müzakirə olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678