Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

124 Baxış

Təbiətdə baş verən hər şeyin insan əhvalına, psixologiyasına təsiri var. Biz temperamentimizdən asılı olmayaraq, biganə qala bilmirik doğan günəşə, əsən küləyə, yağan yağışa, dənizin, qumun, səmanın misilsiz rənglərinə. Ancaq insan bəzən təbiətə qənim kəsilir. Hər canı, hər canlını məhv etməyə meyil edir.

Bizim ölkəmizdə təbiətin keşiyində, dolayı yolla, bizim keşiyimizdə duran peşə sahiblərinin bayramıdır.

2001-ci ilin 23 mayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

23 may – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə təsis olunub.

Bir qrup media və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri  jurnalistlərin  2019-cu ildə Bakının Zığ şossesinin kənarında salınan “Yaşıl qələm” adlı bağa səfər ediblər.

Tədbirdə Ekologiya və Təbii Sərvətlətlər naziri Muxtar Babayev də iştirak edib.

Nazir və media nümayəndələri ağaclara qulluq edib, yeni tinglər əkiblər.

Bağa gələn hər kəs əkdiyi ağaca qayğı göstərirdi. Çünki inanın əkdiyi ağacların böyüməsi yaşıllığı artırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Suraxanı rayonundayıq və 2 il öncə jurnalistlərin təşəbbüsü ilə həmkarlarımla salınmış “Yaşıl qələm” bağındayıq:

“Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri ilə birgə qulluq etdik və ərazidə yeni ağaclar əkdik.

Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş əmələ gəlib. Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz.  Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında hamılıqla iştirak edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə bir sıra şəxsi təltif edib. Həmin şəxslər arasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da var.

Bütün ekoloqları təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlərinin davamını diləyirik.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678